Logo

Yüksək bal toplayan əkiz qardaşlar: "Uğurumuzu valideynlərimizə və müəllimlərimizə borcluyuq" - VİDEO

25.08.2022 00:51 4533 baxış
IMG

Şəki rayon, Baş Şabalıd kənd tam orta məktəbinin məzunları Məmmədov Ümman və Məmmədov Ayaz əkiz qardaşdırlar. Onlar buraxılış və qəbul imtahanlarının nəticələrinə əsasən yüksək nəticə göstəriblər.

Belə ki, Ümman Məmmədov I ixtisas qrupu üzrə 685 bal toplayaraq Şəki rayonu üzrə birinci yerin sahibi olub. Onun əkiz qardaşı Ayaz Məmmədov da I ixtisas qrupu üzrə 603 bal toplamaqla adını yüksək nəticə sahibi olan abituriyentlərin sırasına yazdırıb.

Onlar əldə etdikləri müsbət nəticələrə görə valideynlərinə və müəllimlərinə borclu olduqlarını bildiriblər.

Daha ətraflı "TehsilBiz TV"nin sujetində:

Xəbər lenti