Logo

ADAU-da ixtisasartırma təlimləri start götürüb

25.08.2022 10:32 339 baxış
IMG

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 2022-ci il üzrə təlim planına əsasən, 24 avqust 2022-ci il tarixindən etibarən Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Regional Mərkəzlərinin, Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin Regional Mərkəzlərinin və Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin rayonlar üzrə İdarələrinin 104 əməkdaşı ixtisasartırma təlimləri ilə əlaqədar olaraq üç gün müddətində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olacaqlar.

Tehsil.biz xəbər verir ki, təlimlər ADAU-nun professor-müəllim heyəti tərəfindən aqronomluq və bitki mühafizəsi, aqrokimya və baytarlıq olmaqla üç istiqamətdə aparılacaqdır.

Təlimin ilk günü ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov təlim iştirakçıları ilə görüşüb və Azərbaycanda aqrar sahənin innovasiyalı inkişafından, bu sahəyə göstərilən dövlətin böyük qayğısından bəhs edib.

Sonra proqrama əsasən təlimlər start götürüb.

Xəbər lenti