Dövlət İmtahan Mərkəzi (DİM) mayın 8-də və iyunun 19-da dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanlarında uğur qazanmış namizədlərə müraciət edib.
DİM-dən bildirilib ki, uğur qazanmış namizədlər sertifikatlarını şəxsiyyəti təsdiqləyən sənədi təqdim etməklə Mərkəzin Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasından və ya DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Göyçay, Şəmkir, Şirvan, Bərdə və Xaçmaz regional bölmələrindən ərizə ilə müraciət etdikdən sonra növbəti həftə ərzində əldə edə bilərlər.