Logo

Koronavirus ürək xəstəliklərinə səbəb olur - Mütəxəssis açıqlama verdi

06.10.2020 10:39 384 baxış
IMG

Həkimlər bildirirlər ki, ürəklə bağlı hansısa problemi olmayan insanlarda da COVİD-19-a yoluxma sırasında bu kimi xəstəliklər yarana bilir.
Tehsil.biz bildirir ki, həkimlərin məsləhətinə görə, xroniki ürək problemləri olan, koronavirusa yoluxan insanlar daha diqqətli olmalıdır. 45 yaşlı bir xəstədə rastlanan yeni göstəriciyə görə koronovirus özü ilə birlikdə bir sıra problemləri də özü ilə gətirir. Belə ki, bəzən koronavirusa qalib gəldikdən bir neçə həftə sonra xəstələrdə nəfəs darlığı, sinə ağrısı və döyüntüsü şikayətləri başlaya bilər.
Mütəxəssislər qeyd edirlər ki, xüsusi ilə də koronovirusun sağaldığı günlərdə ürək xəstəliyi ilə bağlı şikayətlər olarsa mütləq həkimə getməli, müayinə edilməlidir.

Xəbər lenti