Logo

“Mehriban xanımın hər yeni təşəbbüsü üfüqdə dan ulduzu kimi parlayır...”

26.08.2022 14:17 488 baxış
IMG

26 avqust Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür.

Mehriban xanım Əliyeva Birinci vitse-prezident təyin olunduqdan sonra ölkədə xüsusilə sosial sahələrin idarəçilik fəlsəfəsi dəyişdi, institusionallığı gücləndi, bu sahələrin idarəçilik mühitinin rasionallığına xüsusi töhfələr verildi.

Dünyanın tanınmış simalarının böyük əksəriyyəti təhsilin, səhiyyənin və mədəniyyətin inkişafında əllərindən gələni əsirgəmirlər. Onun ölkədə təhsilin, səhiyyənin, mədəniyyətin inkişafına verdiyi töhfələr əvəzolunmazdır və nümunəvi xarakter daşıyır.

Mehriban xanım Əliyevanın Heydər Əliyev Mərkəzinin yaradılması və idarəolunmasında əvəzsiz xidmətləri var. Bu Mərkəzin həyata keçirdyi layihələr ölkədə davamlı inkişafa öz töhfəsini verib və verəcəkdir.

Mehriban xanım Əliyevanın irəli sürdüyü ideyalar intuisiyasına söykənir, parlaq gələcəyə zəmin yaradır. Onun sağlam düşüncəsi və yüksək intellekti öz gücünə inamını artırır. Mehriban xanım Əliyeva hansı layihəyə imza atıbsa, onu uğurla başa çatdırıb. Onun irəli sürdüyü ideyaların zamanında gerçəkləşməsi möhkəm xarakteri və yorulmaz fəaliyyəti ilə bağlıdır.

Mehriban xanım Əliyevanın yaradıcı potensialı çox güclüdür. Onun gördüyü işlər quruculuq nümunələridir, yeniliklərlə zəngindir. İdeyalar bir-birini tamamlayır və sistem xarakteri daşıyır. Dahi alman filosofu İmmanuil Kant idaretmə sənətini ən çətin sənət kimi önə çəkirdi. Mehriban xanım Əliyevanın bu qabiliyyəti bir-birini yüksək dəqiqliklə tamamlayan sadaladığım keyfiyyətlərin məcmusudur.

Mehriban xanım Əliyeva insanlara münasibətdə çox səmimidir. Bizlər bunu əyani şəkildə görmüşük. Səmimiyyət və nəciblik onun mənsub olduğu nəslə xas olan əsas keyfiyyət olduğundan bunu irsi də adlandırmaq olar. Mehriban xanım Əliyevanın nitqləri, gördüyü əməli işlər onun müdriklik zirvəsini fəth etməsinə sübutdur. Bu keyfiyyətə sahib olanlar təkcə öyrətmirlər, idarəetmə və rəhbərlik qabiliyyəti ilə də seçilirlər.

Mehriban xanım Əliyevanın hər yeni təşəbbüsü üfüqdə dan ulduzu kimi parlayır. Xalqın və dövlətin mənafeyi önə çəkilir, parlaq gələcəyə nikbinlik yaradır.

Mehriban xanım Əliyeva Azərbaycanın əzəli torpaqlarının işğaldan azad edilməsi ilə yekunlaşan 44 günlük Vətən müharibəsi iştirakçılarına xüsusi diqqət və qayğı göstərir: şəhid ailələri, əlillər, müharibə veteranları ilə mütəmadi görüşlər keçirir.

Mehriban xanım Əliyevanı təbrik edirəm, ona gələcək davamlı fəaliyyətində uğurlar arzulayıram…

Etibar Əliyev, millət vəkili

Xəbər lenti