Logo

BDU-da “Gənc İntellektuallar Məktəbi" təlimlərə başlayıb

01.02.2021 14:33 619 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə "Gənc İntellektuallar Məktəbi" layihəsinin ilk təlimi keçirilib. Təlimçilər BDU THİK-in sədri Hacıbaba Mustafayev və BDU üzrə Sabah Mərkəzi rəhbərinin müavini Gündüz Camalzadə olub.

 

İlk təlim Universitetin birinci kurs tələbələri üçün təşkil olunub. Təlimdə 2 Fevral - Azərbaycan Gəncləri Günü, dövlətimizin gənclərə göstərdiyi diqqət və qayğı, eyni zamanda tələbə-gənclər üçün BDU-da yaradılan imkanlardan bəhs edilib. Hazırda tələbə-gənclərin yüksək vətəndaşlıq mövqeyi, ölkənin ictimai-siyasi həyatında fəallıq və yüksək vətənpərvərlik nümayiş etdirdiyi qeyd olunub, tələbələrin özlərinin inkişafı barəsində və asudə vaxtlarının səmərəli təşkili haqqında tövsiyələr verilib.

 

Təlimlərin keçirilməsində əsas məqsəd tələbələrə özünü inkişaf etdirməyin yollarını izah etmək, onların yeni bilik və bacarıqlar əldə etməklə dövlətimiz və cəmiyyətimiz üçün peşəkar kadr kimi yetişməsinə töhfə verməkdir.

Xəbər lenti