Logo

Bu günə qədər təhsil krediti almaq üçün 13000-ə yaxın müraciət daxil olub

27.08.2022 12:19 379 baxış
IMG

"Bu günə kimi təhsil krediti almaq üçün Təhsil Tələbə Kredit Fonduna 13000-ə yaxın müraciət daxil olub, onlardan 8000-ə yaxını müsbət cavablandırılıb”.

Tehsil.biz xəbər verir ki, bu fikirləri fondun İdarə heyətinin sədri Araz Paşayev 26 avqust tarixində təhsil müəssələrinin nümayəndələri ilə görüşündə səsləndirib.

O bildirilib ki, təhsilə dövlət qayğısının bariz nümunəsi olan TTKF-nin yaratdığı bu imkandan daha çox tələbənin yararlanmasını təmin etmək üçün fond tərəfindən mütəmadi olaraq maarifləndirmə işləri aparılır.

"Fondun fəaliyyətinin daha da təkmilləşdirilməsi üçün görüş iştirakçıları arasında anket sorğusu da keçirilib, onların səsləndirdikləri təkliflər qeydə alınıb", - deyə Araz Paşayev qeyd edib.

Xəbər lenti