Logo

Bakıda 18 yaşlı qız itkin düşüb

27.08.2022 12:34 446 baxış
IMG

Bakıda 18 yaşlı qız itkin düşüb.

“Report”un əldə etdiyi məlumata görə, hadisə avqustun 25-də paytaxtın Yasamal rayonu, Ə.Abdullayev küçəsində qeydə alınıb.

Belə ki, 2004-cü il təvəllüdlü Səfərova Mənsumə Əhəd qızı həmin gün saat 17 radələrində yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmayıb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsində araşdırma aparılır. 

Xəbər lenti