Azərbaycan Dövlət Pedaqoji Universitetinin iki tələbəsi Danimarkada təhsil almağa başlayıb.
Bu barədə "Tehsil.biz"ə ADPU-dan məlumat verilib. Bildirilib ki, universitetin İbtidai təhsil fakültəsinin III kurs tələbəsi Əsbət Mahyaddinova, Kimya və biologiya fakültəsinin IV kurs tələbəsi Esfir Bəylərli “Erasmus+” mübadilə proqramı çərçivəsində Danimarkanın Kopenhagen Universitet Kollecində 2022-2023-cü tədris ilinin payız semestrinə başlayıblar.
Qeyd edək ki, ADPU 2016-cı ildən Danimarkanın Kopenhagen Universitet Kolleci ilə “Erasmus +” proqramı çərçivəsində tələbə-müəllim mobilliyini həyata keçirir. Bu günə kimi həyata keçirilən mobillikdə ümumilikdə 19 müəllim, 13 tələbə iştirak edib.