Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) məzunu Davud Carçıyev 2022-2023-cü tədris ili üçün Padua Universiteti və Mişcolç Universitetinin (İtaliya/Macarıstan) magistratura pilləsinə qəbul olunub.
Bu barədə "Tehsil.biz"ə UFAZ-dan məlumat verilib.
Qeyd olunub ki, D.Carçıyev UFAZ-da Neft və Qaz mühəndisliyi ixtisası üzrə təhsilin bakalavriat pilləsini bitirib.