Logo

Tehsilim.edu.az portalında kursların tədrisinin təşkil olunması üçün tyutorlar axtarılır

28.08.2022 10:32 370 baxış
IMG

Tehsilim.edu.az sərbəst öyrənmə portalında yer alan tədqiqat, biznes və innovasiya ilə bağlı kursların tədrisinin təşkil olunması üçün tyutorlar axtarılır.

Qeyd olunan platformada Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Təhsil İnstitutu tərəfindən həyata keçirilən “Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi” layihəsi çərçivəsində yaradılan “Elmi işlərin yazılması və nəşri”, “Tədqiqat metodologiyası, təcrübələr və layihələr”, “Verilənlərin toplanması, təhlili və idarə edilməsi”, “Əqli mülkiyyət hüquqlarının prinsipləri, texnoloji transfer və kommersiyalaşdırma” və “Sahibkarlıq təhsili və startap” kimi kurslar yer alır. Təhsil İnstitutu qeyd olunan e-kursların məzmununun təkmilləşdirilməsi və onların tədrisinin təşkilində yer ala biləcək tyutorlar axtarışındadır.

Namizədlərdən ali təhsil (magistr və doktorantura dərəcəsinin olması üstünlükdür), uyğun mövzularda biliyin və peşəkar təcrübənin olması (e-kursların təşkili sahəsində təcrübə üstünlükdür), məsuliyyətlilik, koordinasiya və kommunikasiya, rəqəmsal platformalardan istifadə, mükəmməl Azərbaycan və ingilis dili bacarıqları tələb olunur.

Tyutorlar kursların məzmununun nəzərdən keçirilməsi və təkmilləşdirilməsi, tədqiqat və innovasiya ilə bağlı e-kursların təşkilinə dəstək, kurslara qeydiyyatdan keçmiş tələbələrə nəzarət etmək, tələbələri məsafədən öyrənməyə həvəsləndirmək, tələbələrin suallarını və müraciətlərini cavablandırmaq, onlarla məsləhət saatları təşkil etmək, ev tapşırıqlarını yoxlamaq, müvafiq rəy və qiymətlər vermək, rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası kimi vəzifələri yerinə yetirməlidirlər. Tyutorlardan e-kursların təşkil və tədrisində iştirak etmək üçün 3 ay ərzində həftəlik 5 saat vaxt tələb olunacaq.

Maraqlanan şəxslərdən öz CV-lərini tyutor olmaq istədikləri kursun adını başlıqda qeyd etməklə sentyabrın 10-dək [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız müsahibə mərhələsinə keçmiş şəxslərlə əlaqə saxlanılacaq.

Xəbər lenti