Aktyor, Xalq artisti Ənvər Həsənovun vəziyyəti pisləşib.
Bu barədə kulis.az-a aktyorun qızı Aytən Həsənova məlumat verib. O, bildirib ki, üç gündür xəstəxanaya yerləşdirilən aktyorun vəziyyəti ürək açan deyil:
"Bir neçə gün özünü yaxşı hiss etmədiyini deyirdi. Sonra qəfildən yıxıldı. Biz çatana qədər başı şkafa dəyib yaralandı. Həkim çağırdıq. Məlum oldu ki, şəkəri kəskin şəkildə düşüb, ürəyində problemlər var, başına gedən damarlarda tıxanma və.s. Artıq üç gündür Mərdəkandakı 26 saylı xəstəxanada yatır. İlkin diaqnoz kəskin sətəlcəmdir. Amma yanaşı xəstəlikləri də var. İstirahət günləri olduğu üçün müayinələrin çoxunu edə bilmirik. Sabahı gözləyirik".
Xatırladaq ki, 72 yaşlı aktyor bir neçə il əvvəl də böyrəklərindəki ciddi problemlər səbəbi ilə xəstəxanaya yerləşdirilmişdi.
Allah şəfa versin.