Logo

Növbəti “GRE: General Test” imtahanı keçiriləcək

29.08.2022 09:55 294 baxış
IMG

Təhsildə Qiymətləndirmə Xidmətinin (Educational Testing Service - ETS) kompüter əsaslı növbəti “GRE: General Test” imtahanı avqustun 30-da Dövlət İmtahan Mərkəzinin (DİM) Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunacaq.

DİM-dən "Tehsil.biz"ə bildirilib ki, imtahan verəcək şəxslər saat 08:15-dən gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasında olmalıdırlar. İmtahan saat 09:00-da başlanır.

“GRE General Test” imtahanı haqqında ətraflı məlumat DİM-in internet səhifəsində yerləşdirilib

Xəbər lenti