Logo

Rektor Şahin Bayramov universitet gənclərini təbrik etdi

02.02.2021 01:01 704 baxış
IMG

Mingəçevir Dövlət Universitetinin hörmətli gənc əməkdaşları!
Əziz tələbələr, magistrantlar və məzunlar!
Sizi 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə ürəkdən təbrik edirəm!
Hər birimizdə böyük və sonsuz fəxarət hissləri yaradan 44 günlük Vətən müharibəsində Ali Baş Komandanımızın rəhbərliyi ilə qazandığımız tarixi Zəfərdə gənclərimizin əhəmiyyətli rolu vardır!
Sizi, Vətən müharibəsində ŞƏHİD olmuş gənclərimizin adlarının əbədiləşdirilməsi və göstərdikləri qəhrəmanlıqların təbliğində fəal iştirak etməyə çağırıram!
Əminəm ki, Siz, 30 ilə yaxın müddətdə düşmən işğalında qalmış əzəli torpaqlarımızda həyata keçiriləcək quruculuq işlərində və doğma QARABAĞımızın dirçəldilməsində fəal iştirak edəcəksiniz!
Sizi, yaxşı təhsil almağa, elmi fəaliyyətlə məşğul olmağa, daim öz üzərinizdə çalışmağa, dövlətimiz tərəfindən gənclərin inkişafı üçün yaradılan imkanlardan faydalanmağa və doğma AZƏRBAYCANımızın qüdrətinin artırılmasında töhfələr verməkdə davam etməyə səsləyirəm!
Mingəçevir Dövlət Universitetinin müasirləşməsində və inkişafında fəal iştirakınıza görə hər birinizə təşəkkür edirəm!
 Mingəçevir Dövlət Universiteti ailəsinin üzvü olan bütün gənclərlə fəxr edirəm!
Əziz gənclər, Bayramınız Mübarək olsun!

 

Şahin Bayramov

Mingəçevir Dövlət Universitetinin rektoru

Xəbər lenti