Logo

Əflatun Amaşov Mətbuat Şurasından gedir

29.08.2022 12:22 370 baxış
IMG

Mətbuat Şurasının sədri Əflatun Amaşov tutduğu vəzifədən gedir. 

Tehsil.biz “Unikal”a istinadən xəbər verir ki, Əflatun Amaşov bununla bağlı qərarını yaxın günlərdə açıqlayacaq. Mətbuat Şurasının sədri vəzifəsini qurultaya qədərki dövrdə İdarə Heyətinin üzvü, "525-ci" qəzetin baş redaktoru Rəşad Məcid icra edəcək.

Məsələylə bağlı Əflatun Amaşov bildirib ki, qurultayın vaxtından bir neçə ay keçdiyi üçün İdarə Heyəti toplanacaq: "İdarə Heyətinin iclasında qurultayın zamanı müəyyənləşəcək. Yeni tərkib formalaşacaq. Sədrin seçilməsi və digər məsələlər qurultayda həll olunacaq".  

Rəşad Məcid isə Oxu.Az-a açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşovun istefa verməsi ilə bağlı məlumatlı olmadığını bildirib: “Mətbuat Şurasının İdarə Heyəti toplanacaq və qurultayın vaxtını təyin edəcəklər. Sədr seçkisi də qurultayda jurnalistlərin iradəsinə bağlıdır”.

Xəbər lenti