Türkiyədə pandemiya səbəbindən bağlanan məktəblərdə yenidən əyani tədrisin bərpasının vaxtı açıqlanıb.
Tehsil.biz -in məlumatına görə, məsələ barədə ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan xalqa müraciətində açıqlama verib.
O bildirib ki, kənd məktəblərində əyani tədris fevralın 15-də başlayır:
“Fevralın 15-də kənd məktəblərinin açılmasını qərarlaşdırdıq. Fövqəladə bir artım müşahidə edilərsə, təhsilə yenidən fasilə veriləcək. Xüsusən qeyd edim ki, 8 və 12-ci siniflərlə ibtidai məktəb və özəl məktəblərdə tədris martın 1-dən etibarən başlayacaq.
Yoluxma sayının azalmasına görə sahibkarlar üçün tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılması məqsədilə lazımi təqvim hazırlanır”.