Logo

Təhsil İnstitutu məktəbəqədər təhsilə dair yeni metodologiyalar hazırlayır

29.08.2022 17:15 464 baxış
IMG

"2018-ci ildə yalnız uşaqların 18 faizi məktəbəhazırlıq kurslarına cəlb olunurdusa, bu il bu rəqəm 84 faizə çatıb".

Bunu Təhsil İnstitutunun direktoru Rüfət Əzizov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu göstərici beynəlxalq təşkilatlar tərəfindən digər ölkələrə nümunə kimi göstərilir:

"2026-cı ilə qədər bütün 5 yaşlı uşaqların məktəbəhazırlıq kurslarına cəlb edilməsi, 1-5 yaşlı uşaqların ən azı 50 faizinin isə məktəbəqədər təhsil müəssisələrinə cəlbi nəzərdə tutulur. Təhsil İnstitutu tərəfindən hazırda məktəbəqədər təhsilə dair yeni metodologiyalar hazırlanmaqdadır".

Xəbər lenti