Bakı Dövlət Universitetində (BDU) payız semestrinin imtahan sessiyası onlayn formada öz işini uğurla davam etdirir.
01 fevral 2021-ci il tarixində keçirilən imtahanlarda BDU-da bakalavr pilləsində 184 qrup üzrə 3860 nəfər iştirak edib.
Magistratura pilləsində isə 105 ixtisaslaşmada 59 fənn üzrə 309 magistrant imtahan verib.
BDU-nun Qazax filialında isə 7 qrup üzrə 100 (yüz) nəfər imtahanlarda iştirak edib.
Tələbələr imtahanları müvəffəqiyyətlə veriblər.
Qış imtahan sessiyasının şəffaf və mövcud qaydalara uyğun keçirilməsi məqsədilə bütün tədbirlər təşkil olunub. Sessiya müddətində universitet rektorluğu, dekanlar, dekan müavinləri, nəzarətçi müəllimlər və Tələbə Nəzarət Qrupu imtahanlara mütəmadi onlayn nəzarət edir. Həmçinin, tələbə müraciətlərinin operativ araşdırılması, imtahan nəticələrinin yenidən yoxlanılması və qiymətləndirilməsi məqsədilə universitetin Apelyasiya Komissiyası da onlayn fəaliyyət göstərir.