Avqustun 29-da Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin direktorları ilə görüş keçirilib.
Tehsil.biz xəbər verir ki, görüşdə yeni tədris ilinə hazırlıq, görüləcək işlər, qarşıda duran əsas məsələlər müzakirə olunub.
Məktəb rəhbərlərini maraqlandıran suallar cavablandırılıb.