Logo

11 illik bazadan kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

30.08.2022 14:58 361 baxış
IMG

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ixtisas seçiminin vaxtı açıqlanıb.

Bu barədə "Tehsil.biz"ə Dövlət İmtahan Mərkəzindən xəbər verilib.

Bildirilib ki, 11 illik bazadan kolleclərə ixtisas seçimi sentyabrın 2-dən 7-dək aparılacaq.

Qeyd edək ki, ali təhsil müəssisələrinə ixtisas seçimi ötən gün saat 09:00-da başa çatıb. Nəticələrin 3-4 gün ərzində açıqlanacağı gözlənilir.

Xəbər lenti