Bakı Dövlət Universitetinin (BDU) Mədəniyyət-yaradıcılıq Mərkəzi və Tələbə Gənclər Təşkilatının (TGT) birgə təşkilatçılığı ilə 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş musiqili kompozisiya hazırlanıb. Kompozisiyada sözləri Baba Vəziroğluna, musiqisi isə Əməkdar incəsənət xadimi, mərhum bəstəkar Nailə Mirməmmədliyə məxsus olan“Gənclik mahnısı” səsləndirilib.
Kompozisiya BDU TV-nin texniki dəstəyi ilə hazırlanıb, “Youtube” kanalı vasitəsilə yayımlanıb.