Logo

DİM “Alman dili üzrə qiymətləndirmə alətlərinin təkmilləşdirilməsi” layihəsinə iştirakçı qəbulu elan edir

02.02.2021 18:41 776 baxış
IMG

DİM DAAD-ın Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə “Alman dili üzrə qiymətləndirmə alətlərinin təkmilləşdirilməsi” layihəsini həyata keçirməyə başlayır və layihə çərçivəsindəki təlimlərə iştirakçı qəbulu elan edir.

 

Layihə iştirakçılarına qoyulmuş əsas tələblər:

 

  • Alman dili mütəxəssisi, müəllim və ya yoxlama-ölçmə, qiymətləndirmə işləri ilə məşğul olan təhsil işçisi olmaq;

  • Alman dili üzrə ən azı B2 səviyyəsində dil bacarığına sahib olmaq (müvafiq sertifikatın olması üstünlükdür).

  • Təlimlərdə davamlı iştirak etmək imkanı olmaq;

  • DİM ilə əməkdaşlıq etməkdə maraqlı olmaq.

 

Təlim onlayn platforma üzərindən alman dilində keçiriləcək. Təlimçi dilin qiymətləndirilməsi üzrə mütəxəssis, Almaniyanın Ruhr Universitenin müəllimi Anna Soltyskadır.

 

Təlimdə iştirak edənlər aşağıdakı mövzulara dair bilik və bacarıqlara yiyələnəcəklər:

 

  • Dil bacarıqlarının qiymətləndirilməsində nəzəri anlayışlar;
  • Dillər üzrə ümumavropa çərçivə sənədinin (CEFR) dil bacarıqlarının qiymətləndirilməsinə tətbiqi;
  • Qrammatikanın və lüğət bazasının qiymətləndirilməsi;
  • Fərqli səviyyələr üzrə oxu, dinləmə, yazı və şifahi nitqin qiymətləndirilməsi.

 

Təlimdə iştirak etmək istəyən şəxslər CV-lərini istək məktubu ilə birlikdə 2021‑ci il fevralın 11-dək [email protected] elektron poçt ünvanına mövzu hissəsində “Alman dili üzrə qiymətləndirmə alətlərinin təkmilləşdirilməsi” yazaraq göndərə bilərlər. İştirakçılar üçün nəzərdə tutulmuş yerlərin sayı məhdud olduğundan müraciətlər təhlil edildikdən sonra ən uyğun namizədlər seçiləcək və fevral ayının 13-nə kimi iştirakçılara məlumat veriləcək.

Xəbər lenti