Rusiya Federasiyası Xabarovsk diyarının Bikin şəhərində “Birlik” adlı milli mədəniyyətlər, mətbəx və sənətkarlıq festivalı keçirilib.
Tehsil.biz xəbər verir ki, festivalda diasporumuzu “Azərbaycanlılar Birliyi” Xabarovsk diyarı ictimai təşkilatı təmsil edib. Azərbaycan guşəsində mədəni irsimizi əks etdirən milli geyimlər, musiqi alətləri, mətbəx, dekorativ-tətbiqi xalq sənəti nümunələri və suvenirlər nümayiş etdirilib. Yerli sakinlərə xalqımızın qədim tarixi, zəngin mədəniyyəti və adət-ənənələri barədə ətraflı məlumat verilib. Milli geyimlərimiz və musiqi alətlərimiz qonaqlarda böyük maraq doğurub.
Bikin şəhər meri Vyaçeslav Novikov da Azərbaycan guşəsini ziyarət edib. “Azərbaycanlılar Birliyi”nin sədri Məmməd İsgəndərov şəhər merinə Azərbaycanın II Dünya müharibəsində qələbənin əldə olunmasına verdiyi töhfələrə və İçərişəhərə həsr olunmuş kitabları hədiyyə edib.