Logo

BŞTİ rəhbərliyi gənc müəllimlərlə onlayn görüş keçirib

02.02.2021 21:05 601 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) 2 Fevral – Gənclər Günü münasibətilə ümumi təhsil müəssisələrinin gənc müəllimləri ilə onlayn görüşü keçirilib.

 

Görüşdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri və gənc müəllimlər iştirak ediblər.

 

BŞTİ-nin müdiri Mehriban Vəliyeva gənc müəllimləri təbrik edərək, 2 Fevral - Gənclər Gününün tarixindən bəhs edib. Bildirib ki, 2 feval gününün Gənclər Günü kimi elan olunması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz ulu öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsas qoyulub, ölkə gəncləri onun diqqət və qayğısını daim öz üzərlərində hiss ediblər.

 

M.Vəliyeva ümummilli lider tərəfindən əsası qoyulan siyasi kursun ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Ölkə rəhbəri İlham Əliyevin rəhbərliyi ilə ölkədə gənclərin hərtərəfli inkişafı üçün geniş imkanlar yaradıldığını və bu istiqamətdə çoxsaylı sərəncamlar imzalandığını, layihələr həyata keçirildiyini vurğulayıb.

 

İdarə müdiri son illər müəllimlərin stimullaşdırılması, peşəkarlığının artırılması və müəllim nüfuzunun yüksəldilməsi istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirildiyindən danışıb. Hər il gənc müəllimlərin sayının daha da artmasının gənclərin müəllimlik peşəsinə olan marağından xəbər verdiyini bildirib.

 

Daha sonra görüşdə iştirak edən gənc müəllimlər göstərilən diqqətə görə BŞTİ rəhbərliyinə öz təşəkkürlərini bildiriblər və bundan sonrakı fəaliyyətlərində də təhsilin inkişafı üçün əllərindən gələni əsirgəməyəcəklərini söyləyiblər.

 

Görüşdə Gənclər Gününə həsr olunmuş videoçarx nümayiş olunub.

Xəbər lenti