Logo

Saxlanılan tələbələr sərbəst buraxıldı

03.02.2021 00:27 595 baxış
IMG

Daxili İşlər Nazirliyi Lənkəran şəhərində 4 tələbənin saxlanılması haqda yayılan məlumatlar barədə açıqlama verib.

 

DİN Mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, həmin 4 nəfər xüsusi karantin rejimi qaydalarını pozaraq sosial məsafə gözləmədən toplaşmağa cəhd ediblər:

 

"Bununla da həm də ictimai asayişi pozmağa yönəlik hərəkətlərə cəhd ediblər. Buna görə də həmin şəxslər saxlanılaraq barələrində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilib. Onlar barəsində toplanan materiallar məhkəməyə göndərilib. Lənkəran şəhər məhkəməsinin qərarı ilə 4 şəxsin hər birinə xəbərdarlıq edilib və sərbəst buraxılıblar".

Xəbər lenti