Logo

2022-2023 tədris ilinin I semestri üzrə 779 tələbə təhsil krediti alıb

31.08.2022 17:03 388 baxış
IMG

2022-2023-cü tədris ilinin birinci semestri üzrə təhsil tələbə kreditinə müraciətlərin qəbulu davam edir.

Elm və Təhsil Nazirliyindən "Tehsil.biz"ə bildirilib ki, bugünədək 779 tələbəyə kredit ayrılıb. Onlardan 210-u sosial, 569-u isə standart yönümlü kreditdir.

Tələbələr təhsil krediti almaq üçün notarial qaydada təsdiqlənmiş ərizə ilə elektron informasiya sisteminə (www.e-ttkf.edu.az) müraciət edə bilərlər. Müraciətlərin qəbulu bayram günləri və həftəsonu da daxil olmaqla, hər gün həyata keçirilir.

Qeyd edək ki, təhsil tələbə krediti verilən zaman girov və zəmanət tələb olunmur. Təhsil tələbə kreditlərinin alınması üçün tələbə tədrisə tam cəlb olunaraq təhsil müəssisəsində əyani təhsil almalıdır. Təhsil tələbə krediti uzunmüddətlidir və təhsil müddətində tələbədən kredit geri tələb edilmir və faiz hesablanmır.

Xəbər lenti