Elm və təhsil naziri Emin Əmrullayev sentyabrın 28-də Salyan şəhərində Şirvan şəhəri, Hacıqabul, Neftçala, Biləsuvar və Salyan rayonlarında qeydiyyatda olan sakinləri qəbul edəcək.
Bu barədə "Tehsil.biz"ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qəbulda həmin şəhər və rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.
Qeyd olunan şəhər və rayonların sakinləri sentyabrın 16-sı saat 18:00-dək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-6 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng, elektron və rəsmi vatsap xidmətinə (0512067848) müraciət etməklə qəbula yazıla bilərlər.
Qəbulda yalnız yuxarıda göstərilən tarixlərdə müraciət etmiş şəxslər iştirak edəcəklər. Müvafiq qaydada müraciət etmiş və adları qəbula yazılanlar siyahısında olan şəxslər qəbulun keçirildiyi otağa şəxsiyyət vəsiqəsi əsasında buraxılacaqlar.