Logo

Vaşinqtonda Qarabağın azad olunmasının II ildönümünə həsr olunmuş rəsm sərgisi təşkil ediləcək

01.09.2022 10:53 375 baxış
IMG

ADA Universitetinin Vaşinqtondakı ofisində baş tutacaq sərgidə abstrakt və kolorist rəssam kimi tanınan sənətkarın Cıdır düzünü, Şuşa qalasını, “Xarı bülbül” çiçəyini, Qarabağ atını, xalqımızın sülh istəyini əks etdirən əsərləri təqdim ediləcək.

Tehsil.biz xəbər verir ki, “Bülbüllərin Oyanışı” adlı rəsm əsərində Şuşada “Sarı gəlin” rəqsini ifa edən Azərbaycanın xalq artisti Təranə Muradovanın obrazı təsvir edilib.

Xatırladaq ki, azərbaycanlı rəssam Əbülfəz Bahaduri Təbrizdə anadan olub, uşaqlıq və gənclik illərini bu qədim şəhərdə keçirib. Hazırda ABŞ-ın Virciniya ştatında yaşayır. Onun əsərləri Vaşinqtonda və Amerikanın bir sıra ştatlarında keçirilən sərgilərdə nümayiş etdirilir.

“Paradoks” əsərinə görə Vaşingtondakı Amerika İncəsənət Liqasının Evelin Turner mükafatina layiq görülən soydaşımız “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı ilə təltif olunub.

Xəbər lenti