9 fevral saat 14:00 tarixində “Virtual məktəb”də Beynəlxalq Təhlükəsiz İnternet Günü ilə əlaqədar şagirdlər üçün vebinar keçiriləcək.
V-XI sinif şagirdləri üçün nəzərdə tutulan vebinarın məqsədi onları qlobal şəbəkədə mövcud təhdidlərlə bağlı məlumatlandırmaq, maarifləndirmə işləri aparmaq, uşaq və yeniyetmələr arasında onlayn texnologiyalardan daha təhlükəsiz və məsuliyyətli istifadəni təbliğ etməkdir.
Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Elektron Təhlükəsizlik Xidməti, İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi, “Kaspersky”, “Microsoft” və “Azercell” şirkətlərinin iştirakı ilə təşkil olunacaq vebinarda mövzu ətrafında məruzələr dinləniləcək, müzakirələr aparılacaq və şagirdlər tərəfindən verilən suallar cavablandırılacaq.
Vebinarda iştirak etmək istəyən şagirdlər qeyd olunan tarixdə müvafiq keçiddən istifadə edə bilərlər.