Azərbaycan Dillər Universitetinin (ADU) kollektivi Ermənistanın hərbi təcavüzünün qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün şanlı Ordumuzun həyata keçirdiyi zəruri əks-həmlə tədbirlərinə dəstək olmaq məqsədi ilə könüllü olaraq Silahlı Qüvvələrə Yardım Fonduna 52340 manat vəsait köçürüb.
Universitetdən bildirilib ki, əsgər və zabitlərimizin fədakarlığı, yenilməz döyüş əzmi və qazandığı uğurlar xalqda böyük ruh yüksəkliyi yaradır və möhtəşəm Qələbəyə inamı möhkəmləndirir.