Azərbaycan İlahiyyat İnstitutunun İlahiyyat fakültəsi qış imtahan sessiyasının gedişatı ilə bağlı tələbələrlə növbəti həftəlik görüşünü keçirib.
Görüşdə imtahan prosesində tələbələrin qarşılaşdıqları problemlər müzakirə edilib, onları maraqlandıran suallar cavablandırılıb.
Daha sonra tələbələrin təklifləri dinlənilib. Dekanlığın imtahan prosesi ilə əlaqədar görüşündə İlahiyyat fakültəsinin dekanı, i.f.d., dos. Elnurə Əzizova, tədris işləri üzrə dekan müavini, f.f.d. Kövsər Tağıyev və təlim-tərbiyə işləri üzrə dekan müavini, s.f.d. Asəf Qənbərov iştirak ediblər.
Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutunun 2020/2021-ci tədris ili üzrə qış imtahan sessiyası başlayan vaxtdan etibarən, hər həftə dekanlığın tələbələrlə görüşü təşkil olunur.