Quba rayonunun ikinci Nügədi kəndində yerləşən 2 saylı tam orta məktəb qəzalı vəziyyətdədir.
Tehsil.biz xəbər verir ki, təhlükə mənbəyinə çevrilmiş təhsil ocağının təxminən 100 yaşı var.
400 şagirdin təhsil aldığı, 30-a yaxın işçi heyətinin çalışdığı bu məktəb tarixi boyunca heç vaxt əsaslı təmir edilməyib.
Düzgün şəraitli ayaqyolusu belə olmayan, həyətində siqaret kötüklərinə də rast gəlinən təhsil müəssisəsinin direktoru Əfqan Babaşov deyir ki, sözügedən məktəb cari təmirlər hesabına qorunub saxlanılır.
Daha ətraflı "TehsilBiz TV"nin sujetində: