Dövlət İmtahan Mərkəzi tərəfindən avqust ayında göstərilmiş xidmətlərin statistikası açıqlanıb.
Mərkəzdən "Tehsil.biz"ə bildirilib ki, avqust ayında keçirilmiş imtahanlarda 5 min 100 nəfər iştirak edib. Mərkəzin elektron xidmətlərindən istifadə sayı 431 min 760 olub. Avqust ayı ərzində 3292 vətəndaş qəbul edilib. Beynəlxalq imtahanlarda 203 nəfər iştirak edib. Çağrı Mərkəzi vasitəsilə 17 min 163, elektron poçt vasitəsilə 3 min 972, sosial şəbəkələr vasitəsilə 6 minə yaxın müraciət cavablandırılıb. Çatbota daxilolma sayı 7255 olub. Abituriyent məsləhət mərkəzlərinə müraciətlərin sayı 4500-dın artıq olub.