Göyçay rayon Uşaq Musiqi Məktəbində baş verən hadisə ilə bağlı məsələ Mədəniyyət Nazirliyi tərəfindən araşdırılır.
Bu barədə “Tehsil.biz"in sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib.
Qeyd olunub ki, yaxın günlərdə ictimaiyyətə daha geniş məlumat veriləcək.
Xatırladaq ki, Göyçay rayon Uşaq Musiqi Məktəbinin kollektivi təhsil ocağına yeni təyin olunan direktor Günay Hacıyevanı qapıdan içəri buraxmayıblar, müəllimələr etiraz edərək onu məktəbdən qovublar.