Mübariz Təhsil Kompleksininin məzunları qəbul imtahanında 100% nəticə göstərib.
Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin 2021/2022-ci tədris ili çərçivəsində 21 şagirdi XI sinif üzrə məzun olub.
Məzunlarının ali məktəblərə 100% qəbul nəticəsini əldə edərək çox böyük uğura imza atan, Milli Qəhrəmanın adını daşıyan Təhsil Kompleksinin ənənəsini davam etdiriblər.
Qeyd edək ki, Təhsil Kompleksi Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq 2010-cu ildə fəaliyyətə başlayıb.