Peşə Təhsili üzrə Dövlət Agentliyi mehmanxana inzibatçısı ixtisası üzrə tələbə qəbulu elan edib.
Agentlikdən "Tehsil.biz"ə bildirilib ki, bu ixtisas üzrə təhsilalanlar müştərilərə xidmətin prinsipləri barədə məlumatlar əldə edəcək, kompüter avadanlığı və proqram təminatı, o cümlədən regionlar haqqında biliklərə yiyələnəcəklər. Onlara müxtəlif turizm obyektlərində iş imkanı yaranacaq.
Müraciətlər sentyabrın 5-dək qəbul ediləcək.