Peşə Təhsili üzrə Dövlət Agentliyi qənnadıçı-şirniyyatçı ixtisası üzrə tələbə qəbulu elan edib.
Agentlikdən "Tehsil.biz"ə bildirilib ki, bu ixtisas üzrə təhsilalanlar müxtəlif növ şirniyyatların hazırlanmasını öyrənəcək və onlara müxtəlif hotel, restoran və şirniyyat evlərində işləmək imkanı yaradılacaq.
Müraciətlər sentyabrın 5-dək qəbul ediləcək.