Logo

Tələbələrin köçürülməsi və ixtisas dəyişdirilməsi üçün 2852 müraciət müsbət cavablandırılıb

04.09.2022 15:00 338 baxış
IMG

Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə və xaricdə yerləşən orta ixtisas təhsili müəssisələrindən köçürülməsi prosesi başa çatıb.

Bu barədə "Tehsil.biz"ə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, ümumilikdə 2852 nəfərin müraciəti müsbət cavablandırılıb. Müsbət nəticə əldə etmiş şəxslər sentyabr ayının 7-dən etibarən köçürüldükləri təhsil müəssisəsinə müraciət etməlidirlər.

Qeyd edək ki, tələbələrin bir ali təhsil müəssisəsindən digər ali təhsil müəssisəsinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi Elm və Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir.

Xəbər lenti