Bakı Dövlət Universitetinin yeni tələbə yataqxanasının - “Tələbə evi”nin - tanıtım çarxı hazırlanıb.
Tehsil.biz xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) əsaslı təmir olunmuş tələbə yataqxanasının açılış mərasimi yanvarın 29-da olub. BDU-nun rektoru Elçin Babayev və Təhsil naziri Emin Əmrullayev açılış mərasimində iştirak edib.
"Tələbə evi"nin ümumi sahəsi 5100 m2 olan beşmərtəbəli yataqxana 220 nəfər tələbə üçün nəzərdə tutulub. Müasir standartlara cavab verən yataqxanada 104 standart yataq otağı ilə yanaşı, 2 qonaq otağı, oxu zalı, yeməkxana, camaşırxana, istirahət guşəsi, tibb otağı, idman avadanlığı quraşdılımış sahə var".
BDU TV Youtube kanalının yaydığı videoçarxın linkini təqdim edirik: