Bu gün “Bələdçi”nin növbəti buraxılışında Azərbaycan Respublikası Təhsil İnstitutunun direktoru kimya elmləri üzrə fəlsəfə doktoru Rüfət Əzizov qonaq olacaq.
İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, Rüfət Əzizov “Elm və təhsil: inteqrativ idarəetmə” mövzusunda çıxış edəcək.
Proqram “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının tədqiqat və inkişaf üzrə baş mütəxəssisi Qoşqar Məhərrəmovun təqdimatında yayımlanır. Proqramı “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının feysbuk səhifəsindən izləmək mümkündür.