Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə keçirilən "Könüllü mühasib" layihəsi yekunlaşıb.
Tehsil.biz xəbər verir ki, 15 gün davam edən layihədə iştirakçılara "Əməkhaqqlarının hesablanması", "Pedoqoji stajın müəyyən edilməsi", "Mal-materialların uçotu", "İnventarizasiyanın aparılması", "Tarifləşmə cədvəllərinin tərtibi", "Təhsil müəssisələrinin ştat cədvəllərinin tərtibi", "Əməkhaqqından tutulmalar" və "Əməkhaqqından tutulmalarda edilən güzəştlər" mövzularında qısamüddətli təlimlər keçirilib.
Layihənin yekununda "Könüllü mühasib" layihəsinin iştirakçılarına sertifikat təqdim edilib.