Logo

Parisdə yeniyetmə azərbaycanlı rəssamların sərgisi açılıb -FOTOLAR

06.09.2022 17:17 366 baxış
IMG

Parisdəki “Village Suisse” incəsənət şəhərciyinin “İnternational Art” qalereyasında bir qrup yeniyetmə azərbaycanlı rəssamın əsərlərindən ibarət “Xəyal tətili” adlı sərginin açılışı olub.

"Tehsil.biz"in məlumatına görə, “Toile d’Or” (Qızıl kətan) mükafatçısı, rəssam Nigar Nərimanbəyovanın təşkilatçılığı ilə baş tutan sərgidə rəsm sənətində öz sözünü deməyə başlamış Mədinə Abbaslı, Mədinə Qarayeva, Məryəm Qarayeva, Tahir Qarayev, Əli Həşimli, Cavad Həşimli, Fərəh Hacızadə, Əfruz Rəhimova kimi yeniyetmələrin əsərləri nümayiş etdirilib. Onlar rəngli dünyalarını və arzularını fırça dili ilə kətan üzərində əks etdiriblər.

 Açılış mərasimində çıxış edən Nigar Nərimanbəyova bildirib ki, fərqli, bənzərsiz və rəngarəng mövzuları əhatə edən bu əsərlərin Parisdə nümayiş olunması yeniyetmə həmkarları üçün böyük həvəsləndirici amildir və belə istedadlı uşaqları beynəlxalq aləmdə tanıtmaq vacibdir. Nəzərə çatdırılıb ki, bu əsərlər sentyabrın ikinci yarısında Luvr muzeyinin Karusel salonunda da nümayiş olunacaq.

 “Business Art Fair” salonunun komissarı, “La Gazette des Arts & Livre d’art” jurnalının naşiri Jorj Levi azərbaycanlı uşaqların əsərlərini yüksək qiymətləndirib və onlara sertifikatlar təqdim edib.

 Sərgi ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.

 Qeyd edək ki, “Xəyal tətili” sərgisi sentyabrın 12-dək davam edəcək.

Xəbər lenti