ADPU--nun Quba filialı 2022/2023-cü tədris ilində filiala bakalavriat səviyyəsi üzrə 320 nəfər tələbə qəbulu planlaşdırıb. I turda 305 nəfər qəbul olunub. Qəbul planı 95, 31 % yerinə yetirilib.
"Tehsil.biz"in xəbərinə görə,02 sentyabr 2022-ci il tarixdən etibarən boş qalan plan yerlərinə II tur üzrə ixtisas seçimi elan edilib. II tur üzrə ixtisas seçimi 07 Sentyabr 2022-ci il tarixədək davam edəcək.Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər. Orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisasları “Abituriyent” jurnalının 5-ci sayında dərc olunub.
Filialda boş plan yeri qalan ixtisasların kodları aşağıdakı elan bukletlərində əks olunub.