"Müəllimlərin 98 %-i prosesdə iştirak edib".
"Tehsil.biz"in məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.
O bildirib ki, 78 % müəllim ilk mərhələdə uğur qazanıb:
"2367 (22 %) müəllimin təkmilləşdirilməsinə ehtiyacı var. 5 599 müəllim müsahibə mərhələsindən keçsə 10 % əlavə almağa başlayacaq. 27 % müəllim isə 35 % əlavə alacaq. 52 nəfər 0-10 arası bal toplayıb. 21-29 arası bal toplayan 1530 nəfər təkmilləşdirmə kurslarına cəlb edilməlidir".