Logo

Sadıqcanın evi bərpa olunacaq - SƏRƏNCAM

07.09.2022 14:28 357 baxış
IMG

Prezident İlham Əliyev Şuşa şəhərində görkəmli tarzən, bəstəkar Sadıqcanın yaşadığı evin layihələndirilməsi və bərpası ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Tehsil.biz xəbər verir ki, Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək Mədəniyyət Nazirliyinə tapşırılıb.

“Şuşa şəhərində yerləşən Azərbaycan musiqiçisi, tarzən, bəstəkar və tarı təkmilləşdirən sənətkar Mirzə Əsəd oğlu Sadıqın (Sadıqcanın) yaşadığı evin layihələndirilməsi və bərpası məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxsə ilkin olaraq 600,0 (altı yüz) min manat vəsait ayrılsın", - Sərəncamda qeyd edilir.

Xəbər lenti