“10-11-ci sinif şagirdləri hələ ki, dərslərini onlayn şəkildə davam etdirəcəklər”.
Tehsil.biz xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu bu gün keçirilən brifinqdə bildirib.
O, həmçinin qeyd edib ki, peşə məktəblərində əyani təhsil vacibdir. Lakin epidemioloji vəziyyəti nəzərə alaraq əyani təhsil dayandırılmışdı. Hazırda bu təhsil bərpa olunub.
Vəfa Yaqublu məktəblərdə vaksinasiya məsələsinə də toxunub və bildirib ki, bu məsələ plandadır. O qeyd edib ki, müəllimlər də risk qrupu kimi peyvənd olunacaqlar.