Logo

Yüksək balla Pedaqoji Universiteti seçənlər

07.09.2022 17:45 508 baxış
IMG

Ali təhsil müəssisələrinə 2022-ci il üçün tələbə qəbulu müsabiqəsində Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) kifayət qədər uğurlu nəticə göstərib və plan yerləri tam dolub. Bununla yanaşı, Pedaqoji Universitetə qəbul olanlar arasında kifayət qədər yüksək bal toplamış tələbələr də var. Belə ki, artıq müəllimlik ixtisaslarının keçid balı digər prestijli ixtisasları üstələyir.

Bu barədə "Tehsil.biz"ə  universitetdən məlumat verilib.

Ümumilikdə, bu il ADPU-ya qəbul olunan tələbələrin 211 nəfəri 500 baldan yüksək nəticə, onlardan da 5-i 600 baldan yuxarı nəticə göstərib. Universitetə ən yüksək balla qəbul olunan abituriyent 651.9 bal toplayıb.

Xəbər lenti