Logo

2022-ci ilin ən gənc abituriyenti bu universiteti seçdi

07.09.2022 18:03 453 baxış
IMG

Bu il Azərbaycanda tələbə adını qazanan ən gənc abituriyentin 15 yaşı var.

Tehsil.biz xəbər verir ki, tələbə 2007-ci il martın 17-də anadan olan Əsmər Abbas qızı Məmmədovadır. Ə.Məmmədova Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tarix və coğrafiya müəllimliyi ixtisasına qəbul olunub.

O, 2022-2023-cü tədris ili üçün ali təhsil müəssisələrininə qəbul imtahanlarında iştirak edərək 472 bal toplayıb.

Dörd yaşında I sinfə gedən Ə.Məmmədova əvvəlcə Gədəbəy şəhər 1 nömrəli orta məktəbdə oxuyub, 2022-ci ildə isə Gədəbəy şəhər 2 nömrəli orta məktəbi bitirib.

Xəbər lenti