Logo

Ağalıdakı məktəbdə son tamamlama işləri aparılır

07.09.2022 18:19 337 baxış
IMG

"Bu gün biz Ağalı kəndinə köçürülmənin ikinci mərhələsini həyata keçiririk. Artıq 12 ailənin 63 üzvü Ağalı kəndindədir. Onlar evləri ilə tanış olub, açarları təhvil alacaqlar".

Tehsil.biz "AzərTac"a istinadən xəbər verir ki, bu sözləri Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev söyləyib.

O qeyd edib ki, iyulda Ağalı kəndinə 41 ailə - 201 nəfər köçürülüb. Kənddə bütün infrastruktur xidmətləri - “ASAN xidmət”, poçt, bank, supermarket şəbəkələri və digər xidmətlər mövcuddur. Kəndin girişində yanacaqdoldurma məntəqəsi də fəaliyyət göstərir. Buradakı iş yerlərində isə yerli sakinlər çalışırlar.

“Bu gün Ağalıya köçən sakinlər arasında müəllimlərimiz də var. Ağalı kəndində 360 nəfərlik məktəb mövcuddur. Məktəbdə son tamamlama işləri aparılır ki, şagirdlərimiz yeni dərs ilində məktəbə gedə bilsinlər”, - deyə Vahid Hacıyev bildirib.

Xəbər lenti