Logo

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinə aid mövzular hazırlanıb

07.09.2022 19:22 494 baxış
IMG

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinə aid Azərbaycan və rus bölməsi üzrə mövzular hazırlanıb.

Bu barədə Təhsil İnstitutu İnsan Resursları Mərkəzindən məlumat verilib. Bildirilib ki, müəllimlər miq.edu.az saytına və ya portal.edu.az platformasına daxil olaraq hər iki bölmə üzrə müsahibə mövzuları ilə tanış ola bilərlər.

Xatırladaq ki, müsahibə zamanı müəllimlər müvafiq komissiya tərəfindən proqram üzrə mövzunu təqdimetmə, təhsilalanları qiymətləndirmə, özünü təqdimetmə, pedaqoji prosesi təşkiletmə və ünsiyyət bacarığı meyarları üzrə qiymətləndiriləcək.

Xəbər lenti